اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

"Microsoft"un mühəndisi itlə oynayan robot hazırlayıb

Yayım Tarixi: 11.02.2012 13:07
Texnologiya
Yazı ölçüsü: büyüt küçült         

haber
Robot itin şərəfinə "Darwinbot" adlandırılıb və təkər vasitəsilə hərəkət edir

İslamazeri.az-ın "ictnews"-ə istinadən verdiyi xəbərə görə, "Microsoft" korporasiyasının əməkdaşı Cordan Korreanın hazırladığı robotun vəzifəsi onun Darvin adlı itini Cordan Korrea və həyat yoldaşı işdə olduqda əyləndirməkdən ibarətdir.

Robot itin şərəfinə "Darwinbot" adlandırılıb və təkər vasitəsilə hərəkət edir. "Darwinbot" topu itə tullaya, onu "süni əli" ilə poldan götürə, həmçinin itə əgər o, oyuncağı gətirərsə, mükafat kimi quru yem verə bilir.

Korrea robotu hazırlamaq üçün "Parallax" detallar dəstindən istifadə edib. "DarwinBot" robotunun daxilində noutbuk yerləşdirilib və "Skype" proqramı açılıb. Korrea bu yolla işdə olan zaman itə əmr verə bilər.

Robotun "göz"lərini "Kinect" sensoru və əlavə kameralar əvəz edirlər. Onlar robota maneələri keçməyə və otaqda topu tapmağa imkan verir. Korrea robotu məsafədən idarə etmək üçün "Xbox 360" kontrollerindən istifadə edir.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768