اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Milli İncəsənət Muzeyində “Xocalı qisasa çağırır bizi”

Yayım Tarixi: 17.02.2012 13:04
Mədəniyyət
Yazı ölçüsü: büyüt küçült         

haber
İncəsənət Muzeyi Xocalı soyqırımına həsr olunmuş səyyar sərgi olacaq

Milli İncəsənət Muzeyi Xocalı soyqırımının iyirminci ildönümünə həsr olunmuş səyyar sərgi açacaq
Fevralın 24-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə Xocalı soyqırımının iyirminci ildönümünə həsr olunmuş “Xocalı qisasa çağırır bizi” mövzusunda səyyar sərgi təşkil ediləcək.
Muzeydən verilən məlumata görə, tədbirdə əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi yad olunacaq.
Muzey direktorunun müavini Elmira Qasımova əsərlər əsasında bədii ekskursiya aparacaq, Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Atamoğlan Məmmədli və Xocalıdan olan məcburi köçkün, Dövlət İdarəçilik Akademiyasının dosenti, tarix elmləri namizədi Həvva Məmmədova tarixi faktlara istinad edərək həmin hadisələrin mahiyyətindən danışacaqlar.

Tədbirdə yaradıcı ziyalılar, rəssamlar, xocalılar iştirak edəcək, həmçinin Şuşa Humanitar Kollecinin (Şuşa Mədəni-Maarif Texnikumu) müəllim və tələbələrinin ifasında musiqili-ədəbi kompozisiya səslənəcək və mövzuya müvafiq olaraq sənədli kadrlar göstəriləcək.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768