Marketdən mineral su alan şəxs, bir litrlik şüşənin içindən çıxan canlı ilan olmasına inana bilməyib
İslamazeri.az-ın Ərəb KİV-inə istinadən verdiyi xəbərə görə, hadisə Misirin Dar Əl Səlam şəhərində baş verib.
Marketdən mineral su alan Məhəmməd Murad, şüşənin ağzını açmaq istəyəndə suyun içində canlı ilan olduğunu anlayıb. Daha sonra hadisə ilə bağlı polisə müraciət edən Məhəmməd Murad, mineral su istehsal edən firmadan şikayətçi olduğunu bildirib.
islamazeri.az