اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Mobil telefonların satış tempi zəifləyir

Yayım Tarixi: 19.01.2012 12:56
İqtisadiyyat
Yazı ölçüsü: büyüt küçült         

haber
Buna səbəb iqtisadi vəziyyətin qeyri-sabitliyi və Avropanın borc böhranı içində olmasıdır

İslamazeri.az-ın MİNcom-a istinadən verdiyi xəbərə görə, Mobil aparat istehsalçıları 2012-ci ildə bazarda satışın artım tempinin azalması ilə əlaqədar olaraq ciddi rəqabətlə qarşılaşmalı olacaqlar. Belə ki, analitiklər bayramqabağı mövsüm ərəfəsində mobil telefon və smartfonların nisbətən az satılmasına işarə edirlər. Buna səbəb iqtisadi vəziyyətin qeyri-sabitliyi və Avropanın borc böhranı içində olmasıdır.

Kompulenta-nın məlumatına görə, yalnız Apple və Samsung şirkətləri yeni qurğu modellərinin istehsalı sayəsində hələ ki bazarda satışı yüksək səviyyədə saxlamağa nail olurlar. Ekspertlər hesab edirlər ki, 2011-ci ilin üçüncü rübündə iri smartfon istehsalçısı statusunu itirən Apple şirkəti iPhone 4S modelinin yaxşı satılması hesabına liderliyi yenidən özünə qaytara bilər.

islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768