Rusiya paytaxtı ilə yanaşı ölkə boyu eyni zamanda hökumət dəstəyinə və onun əleyhinə nümayiş və yürüşlər keçirilib
Moskvanın Bolotnaya meydanında keçən mitinqin təşkilatçılarından Vladimir Rıjkov nümayişin sona çatdığını elan edib.
Müxalifət növbəti aksiyanın fevralın sonunda keçəcəyini elan edib.
Bolotnayaya yürüşlə hərəkət edən etirazçılar “Putinsiz Rusiya” şüarlarını qışqıraraq yeni parlament seçkilərinə çağırıblar.
Müxalifət yürüşü və daha sonra mitinqdə milyarder Mixail Proxorov, populyar bloqqer Aleksey Navalniy və sabiq maliyyə naziri Mixail Kudrin iştirak edib.
Bu yürüşlə yanaşı Rusiya paytaxtının Poklonnaya Qora ərazisində hökuməti dəstəkləyənlər toplaşıblar.
Onlar müxalifət mitinqinə “narıncı” qüvvələr kimi xitab edərək Rusiyanın “dağılmasına” yol verməyəcəyini deyib.
Poklonnayaya gələnlər arasında bəzilərinin bu və digər idarəyə məxsus formada olduğu müşahidə edilir.
O, Transaero hava yolları və Rusiya Poçtu-nun fərqlənmə nişanlarının gördüyünü xəbər verib.
Nümayişçilərin sayı ilə bağlı məlumat ziddityyətli qalır.
Daxili İşlər Nazirliyinin dəyərləndirməsinə görə Poklonnaya Qoraya toplaşanların sayı 138 min olub.
Yakimanka yürüşünə 36 mindən artıq adamın qatıldığı deyilir.
Hərçənd ki, internet fəalları bu rəqəmin daha artıq olduğunu bildirib.
bbcrussian.com saytının müxbiri Yuri Maloveryan Bolotnayada 50-60 min adamın, olduğunu təxmin edir.
AP agentliyi Poklonnayada 15 min adamın toplaşdığını xəbər verir.
Ötən ilin dekabr ayında parlament seçkilərinin nəticələri ilə bağlı Rusiyada izdihamlı etirazlar keçib.
Nümayişlər Rusiyada martın 4-ə təyin olunmuş prezident seçkilərindən düz bir ay əvvəl keçirilir.

islamazeri.az