ABŞ-da horizontal formada açılma üslubuna malik Motorola Droid 4
smartfonunun satışına başlanılıb
İslmazeri.az-ın MİNcom-a istinadən verdiyi xəbərə göə, Verizon mobil operatoru ilə ikiillik müddətə müqavilə bağlamaqla qurğunu 200 dollara əldə etmək mümkündür.
Motorola Droid 4 hazırda bazarda QWERTY klaviatura ilə təchiz edilən və LTE şəbəkəsini dəstəkləyən ən nazik həll kimi qələmə verilir.
Smartfonun ölçüsü 127х69х12,7 мм, çəkisi 177 qram təşkil edir.Yeni qurğu 960х540 piksel ölçüsünə malik 4 düymlü displey, 1,2 giqahers takt tezlikli ikinüvəli çip, 1 giqabayt operativ və 16 giqabayt quraşdırılmış yaddaş, 8 meqapikselli kamera, 1785 milliamper/saat tutumlu akkumulyator və microSD çıxışı ilə təchiz edilib. Aparat Android 2.3.5 mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyir, lakin Motorola onu Ice Cream Sandwich versiyasınadək yeniləyəcəyinə söz verir.
islamazeri.az