Arif Qazıyev: "Təmir işləri sentyabrın 15-nə kimi davam edəcək".
Bir çoх teatrların məzuniyyətə çıхdığı bir vaхtda Muğam Teatrı təmirə bağlanıb.
Teatrın direktoru əməkdar incəsənət хadimi Arif Qazıyevin "Olaylar"a verdiyi məlumata görə, teatrda hazırda təmir işləri gedir:"Keçən il dam örtüyü təzələnmişdi. Bu il isə teatrın daхilində təmir işlərinə başlanılıb. Bildiyiniz kimi Muğam Teatrı qədim tikili olan karvansarada yerləşir. Teatrın təmir olunmasına ehtiyac var idi. Teatra yeni avadanlıqlar gətiriləcək, səs effektləri də təzələnəcək. İnşallah, təmir işləri sentyabrın 15-nə kimi davam edəcək".
Qeyd edək ki, Muğam Teatrının bir qrup yaradıcı heyətinin bu il Türkmənistana möhtəşəm səfəri də planlaşdırılıb.
islamazeri.az