اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Nəhcül bəlağədən 6-cı xütbə

Yayım Tarixi: 24.01.2012 21:31
Din
Yazı ölçüsü: büyüt küçült         

haber
Qoymayacağam ki, düşmənlər müsəlmanları aldadıb, fitnə və qarışıqlıq salsınlar.

(Təlhə və Zübeyr beyətlərini pozaraq, qaçdıqları zaman) Təlhə və Zübeyri təqib etməmək, onlara qarşı müharibəyə hazırlıq görülməməsi barədə İmam Əlidən rica edildiyi (İmam Həsən əleyhis-salam xahiş etmişdi) vaxt Həzrətin (əleyhis-salam) buyurduğu kəlamlardandır: And olsun Allaha, mən yatmış kaftar kimi deyiləm ki, ovçu bir müddət pusquda duraraq aldatmaq üçün əli və ya çubuğu onu tutana qədər (yuxudan sıçrayıb qalxaraq, heç kəsi görmədən səsin dalınca yuvasından çıxması üçün) yavaş-yavaş yerə vursun. (Qoymayacağam ki, düşmənlər müsəlmanları aldadıb, fitnə və qarışıqlıq salsınlar. Belə isə) nə qədər ki, sağam haqqa üz tutan, itaətkar və məni eşidənlərlə birgə qılınc çalacam, haqqdan üz döndərən, ona şək-şübhə ilə yanaşan günahkarla müharibə edəcəyəm. Allaha and olsun, Həzrət Peyğəmbər vəfat edəndən bu gunə qədər məni həmişə öz haqqımdan məhrum edib qadağa qoymuşlar və işimdə tənha qalmışam.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Ferid
25.01.2012 00:39

Melumata gore tesekkur edirem
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768