اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Nəhcül-bəlağədən 11-12-ci xütbələr

Yayım Tarixi: 30.01.2012 12:38
Din
Yazı ölçüsü: büyüt küçült         

haber
Onların (xidmət və yayılmalarının) səbəbinə iman güclənəcəkdir.

11-ci xütbə
İmam Əli əleyhis-salamın «Cəməl» döyüşündə döyüş bayrağını oğlu Məhəmməd ibn Hənəfiyyəyə verdiyi vaxt ona xitabən buyurduğu kəlamlarındandır:
Dağlar yerlərindən qoparılsa da, sən öz yerindən tərpənmə. (Sən döyüş meydanında dağdan möhkəm olmalı, qaçmamalısan.) Dişlərini bir-birinə sıx (özünü müharibənin çətinliklərinə alışdır). Başını Allaha tapşır (döyüşdə başından keç, ya bütün fikir və xəyallarını Allaha bağla). Ayağını mismar tək torpağa mıxla (döyüş meydanında möhkəm dayan, düşmənin çoxluğundan qorxma). Qoşunun sonunu görüncəyə qədər bax (bütün düşmənlər məğlub olmayanadək arxayınlaşma və ya öz işində uzaq görən olman üçün onların ən son hiylə və tədbirlərini nəzərdə tut). Gözlərini yum (düşmənlərin hiylə və tədbirlərini bildikdən sonra hər tərəfə baxma və onların qılınclarının parıltısından vahiməyə düşmə). Bil ki, qələbə və fəth pak olan Allahdandır. (Döyüş qaydalarına əməl etdikdən sonra, əgər Allahın istəsə qələbə və zəfər sənə nəsib olacaqdır.)

12-ci xütbə
İmam Əli əleyhis-salamın kəlamlarındandır. «Cəməl» döyüşündə Allah o Həzrətə qələbə nəsib etdikdən sonra Həzrətin yoldaşlarından biri dedi: «İstəyərdim qardaşım filankəs də bu döyüşdə bizimlə olaydı və Allahın sənə düşmənlərin üzərində necə qələbə çaldırdığını görəydi». Həzrət buyurdu: «Sənin qardaşının meyli və istəyi də bizimlədirmi?» Dedi: «Bəli». Həzrət buyurdu: «O da bu döyüşdə bizimlə olmuşdur». (Bizi istəyənlərdən hətta) kişilərin belində və qadınların bətnində olanlar da bizimlə birgə qoşunumuzda olmuşlar (yəni, olmuş kimidirlər). Tezliklə ruzigar onları insanın burnundan qəfil axan qan kimi meydana gətirib zahir edəcəkdir. Onların (xidmət və yayılmalarının) səbəbinə iman güclənəcəkdir. (Bizim düşmənlərimiz onlar tərəfindən məğlub ediləcəklər).
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768