اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Nəhcül-bəlağədən 8-9-10-cu xütbələr

Yayım Tarixi: 28.01.2012 13:07
Din
Yazı ölçüsü: büyüt küçült         

haber
Biz iş görənə qədər səs salıb qorxutmuruq, yağmayana qədər sel axıtmırıq

8-ci xütbə
İmam Əli əleyhis-salamın müvafiq vaxtda Zübeyri nəzərdə tutaraq buyurduğu kəlamlarındandır.
(Həzrət buyurdu:)
Zübeyr güman edir ki, Əliyə beyət edərək ürəyində əleyhinə olub. Öz beyətində qalıb və iddia edir ki, batinində onun əksini gizlətmişdir. Buna görə də (dediklərinin doğruluğu məlum olsun deyə) dəlil və sübut gətirməlidir. Əgər heç bir dəlili olmasa onun beyəti öz qüvvəsində qalır və müti olmalı, itaət etməlidir.

9-cu xütbə
İmam Əli əleyhis-salamın kəlamlarındandır. (Burada Təlhə, Zubeyr və onların Cəməl döyüşündəki yoldaşları pislənilir, qınanır.)
İldırım kimi güruldayaraq qorxutdular və şimşək tək çaxaraq yerlərindən qopdular. (Boş sözlərlə, səs-küylə fitnə-fəsad törətdilər və müharibəyə şərait yaratdılar.) Bu coşqu və gurultuya baxmayaraq, döyüş vaxtı aciz və qorxaq idilər. Biz iş görənə qədər səs salıb qorxutmuruq. (Sözlərimiz əməllərimizlə əlaqəlidir) yağmayana qədər sel axıtmırıq.

10-cu xütbə
İmam Əli əleyhis-salamın («Cəməl» döyüşünün səhabələri barəsindəki) xütbələrindəndir.
Agah olun ki, şeytan öz dəstəsini və qoşununu (insanları günaha salmaq üçün) toplayaraq (dində fitnə-fəsad yaratmaq üçün) öz ordusunun süvarilərini və piyadalarını yığsa da, (dünya və din işlərində) bəsirətim məndən ayrılmaz. (Heç vaxt qəflət və unutqanlığa düçar olmaram ki, şeytanın və onun kimilərin dəstəsinə daxil olum.) Nə haqqı əynimə (cəhalət və nadanlıq libasında) geymişəm, nə də o mənim üstümə (batil libasında) geyindirilib (Şeytan və ona tabe olanlar haqqı azğınlıq paltarında mənə geyindirməmişlər). Allaha and olsun, onlar (dinin düşmənləri və haqdan əl çəkərək şeytana qoşulanlar) üçün hovuz doldurub suyunu özüm çəkəcəyəm (döyüş meydanı düzəldib onları məhv edəcəyəm). Belə ki, bu hovuza ayaq qoyan hər bir kəs bayıra çıxmayacaq. Bayıra çıxsa belə, bir daha ona doğru qayıtmayacaq (o meydana qədəm qoyan sağ qalmayıb öləcək. Xilas olub qaçan isə bir daha geri dönməyəcək).
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768