اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

NATO Quranın yandırılması ilə bağlı açıqlama verib

Yayım Tarixi: 23.02.2012 10:08
İslam
Yazı ölçüsü: büyüt küçült         

haber
Məsələ ilə bağlı təhqiqata başlanılıb

NATO-nun Əfqanıstandakı Beynəlxalq Hərbi Qüvvələrinin qərargahı iki gün öncə Müqəddəs Quranın yandırılması ilə bağlı açıqlama verib. Qərargahın sözçüsü almaniyalı briqada generalı Karsten Ceykobson mətbuat konfransı zamanı jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, məsələ ilə bağlı ciddi təhqiqat işləri fəaliyyətə başlayıb. Onun sözlərinə görə, insident səhvən baş verib və burada qətiyyən heç bir qərəz olmayıb.

"Məsələ barəsində xəbər tutan kimi dərhal əməliyyatları dayandırdıq və general Əlın əslində nəyin baş verdiyini öyrənmək üçün təhqiqat işlərinə başladı. Aldığımız ilkin məlumata görə, dini materiallar ehtiyatsızlıq ucbatından yandırılmağa verilib. Onu yandırmaq qərarının dinlə heç bir əlaqəsi yoxdur. Bu tamamilə səhvən baş verib" - deyə Ceykobson fikrini ifadə edib.

Ceykobson, eyni zamanda, qeyd edib ki, Beynəlxalq Hərbi Qüvvələrin İslama və Qurana hörməti var. "Əgər əsgərlərimizdən kimsə qaydaları pozubsa, o, mütləq buna görə cavab verəcək" - deyə Ceykobson əlavə edib. Onun sözlərin görə, tədqiqatların nəticəsi gələn çərşənbə gününə kimi məlum olacaq.

Qeyd edək ki, bazar ertəsi Əfqanıstanın Baqram aviabazasında Amerika hərbçiləri Quranın bir neçə nüsxəsini yandırmışdı. İnsidentlə bağlı yaranan gərginlikdə isə etiraz aksiyaları zamanı polislə toqquşmalarda 9 nəfər ölmüşdü. (anspress)
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Haqsevar
23.02.2012 17:04
Anti İslm
bu hadisalarin her biri musalmanlara qarsi imtahandi. bilsanlar ki musalmanlar oz dinina ve kitabina ehtirami var ve hemise onu qorumaga hazirdir.
Davud
23.02.2012 13:00

Allah niyyatlari bilandir. Quranla muxaliflik edanlara Allahin lanati olsun. Amin
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768