Mütəxəssislər nar suyunun damar tıxanıqlığının qarşısını aldığını, ürəyi və xərçəngə qarşı insan bədənini qoruduğunu bildirib
İslamazeri.az-ın verdiyi xəbərə görə, aparılan araşdırmalarda narın və nar şirəsinin insan bədəninə müsbət təsiri olduğunu bildirən mütəxəssislər, "Nar suyu ilə qidalanmadan sonra damar tıxanıqlıqlarında geriləmə aşkar olunur. 2 həftə boyunca gündə 50 milliqram nar suyunun, təzyiqi artıran fermenti 36 faiz aşağı saldığı məlum olub.
Bu sayədə təzyiq 5 faiz düşür "deyə bildiriblər.
Narda, xərçəngə qarşı qoruyucu antioksidantlar olduğunu bildirən ekspertlər, "Nar suyundakı antioksidant miqdarı, yaşıl çay, zoğal və portağal suyuna görə 3 qat daha çoxdur. Bir stəkan nar suyu, 10 stəkan yaşıl çay və 4 stəkan zoğal suyu ilə eyni səviyyədə antioksidant maddə təşkil edir. Narda həmçinin C vitamini, dəmir və kalium da var "deyə bildiriblər.
islamazeri.az