Fransa prezidenti hərb yolunu düzgün seçim hesab etmir
Fransa prezidenti Nikola Sarkozi İranla bağlı İsrailə xəbərdarlıq edib.
Fransadakı Yəhudi İnstitutlarının Nümayəndələr Şurasında nahara dəvət olunan Sarkozi bildirib ki, İsrailin təhlükəsizliyi vacib məsələdir, lakin onun qorunması üçün hərb yoluna əl atmaq düzgün seçim deyil.
"İsrailin məhv olma ehtimalı təkcə məni deyil, eyni zamanda, bütün dünyanı təhlükə altına qoyur. Belə bir ehtimal tarixin acı səhifələrinə geriyə dönüş olardı. İran prezidenti Əhmədinejat və cənab Xameneyin İsraili xəritədən silmək niyyətlərinə cavab olaraq bildirmək istərdim ki, Fransa İsrailin təhlükəsizlik mübarizəsində onu yalnız qoymayacaq. Bizim məqsədimiz odur ki, İran artıq həddini aşdığını başa düşsün. Əziz dostlar, məsələni yalnız diplomatik yolla sanksiyalar tədbiq edərək həll etmək olar",- deyə Fransa dövlət başçısı bildirib.
islamazeri.az