اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Nizami Gəncəvi - 870

Yayım Tarixi: 11.10.2011 21:31
Mədəniyyət
Yazı ölçüsü: büyüt küçült         

haber
Gəncədə Nizami Gəncəvinin yubileyi münasibətilə tədbir keçirilib

İslamazeri.az-ın Kəpəz TV kanalına istinadən verilən məlumata görə, görkəmli filosof və dahi şair Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyi münasibətilə Gəncədə keçirilən silsilə tədbirlərə daha birisi əlavə olunub. Növbəti tədbir Gəncə Uşaq-Gənclər Yaradıcılıq Mərkəzidə keçirilib. Nizami Gəncəvinin 870 illiyinə həsr edilən tədbir Gəncəni tərənnüm edən mahnı və Üzeyr Hacıbəyovun “Sənsiz” romansının səsləndirilməsi ilə başlayıb.

Şairin həyat və fəaliyyətinə nəzər salınaraq qonaqlara və şəhər sakinlərinə dahi söz ustadının “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl və İsgəndərnamə” poemalarının motivləri əsasında hazırlanan səhnəciklər nümayiş etdirilib. Yeniyetmə və gənclərin iştirakı ilə hazırlanan səhnələr qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Dahi söz ustadı Nizami Gəncəvinin 870 illiyinə həsr edilən tədbirdə Gəncə Uşaq Yaradıcılıq Mərkəzi şagirdlərinin əl işlərindən ibarət sərgi də nümayiş etdirilib.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768