اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Nokianın İdarə Heyəti sədri istefaya göndərildi

Yayım Tarixi: 27.01.2012 16:31
İqtisadiyyat
Yazı ölçüsü: büyüt küçült         

haber
Onun yerinə İdarə Heyəti üzvlərindən Risto Siilasmanın (45 yaş) təyin ediləcəyi bildirilib

Mobil telefon istehsalçısı Nokia ötən ilin 4-cü rübünü 1.07 milyard avro zərərlə başa vurduğunu açıqlayıb. 
Həmin rübdə satışlar da 21% azalıb və Nokianın bazara çıxardığı və böyük ümidlər bəslədiyi "Windows"-lu smartfonlar da hələlik şirkəti çətin vəziyyətdən çıxarda bilməyib.
Halbuki 2010-cu ilin son rübündə Nokia 745 milyon avro mənfəət əldə etmişdi.
Açıqlamada daha sonra bildirilir ki, 2011-ci ilin ümumi yekunu üzrə şirkətin mənfəəti 12.6 milyard dollardan 10 milyard dollara qədər azalıb və buna səbəb smartfon bazarının böyüyərək ümumi bazarın 23%-ni tutmasıdır.
Uzun müddət mobil telefon bazarının lideri olan Nokia hazırda bu bazarı Androidlərə və iPhone-a uduzur.
Lakin şirkət hələdə ümidlidir və 2012-ci il ərzində Avrasiya və ABŞ bazarında 1 milyondan çox Windowslu smartfon satmağı planlaşdırır.

Analitiklərin fikrincə Apple-ın iPhone-u bazara çıxarmasından bu günədək Nokia təqribən 60 milyard dollar itki ilə üzləşib.
Nokiadan verilən açıqlamada İdarə Heyətinin (İH) sədri 61 yaşlı Jorma Ollilanın təqaüdə göndəriləcəyi və onun yerinə İH üzvlərindən Risto Siilasmanın (45 yaş) təyin ediləcəyi bildirilib.
Qeyd edək ki, Jorma Ollila 1992-2006-cı illər ərzində Nokianın CEO-su vəzifəsində olmuş və Nokianın yüksəlişinin memarı olmuşdu.
Daha sonra smartfonların bazara daxil olması ilə mövqeyi zəifləyən Nokiada CEO vəzifəsinə Microsoft-lu Pekka Kallasvuo təyin edilmişdi.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768