Valideyn himayəsindən məhrum olan uşaqlarla birlikdə bayram qeyd edilib.
İslamazeri.az internet qəzetinin müxbirinin verdiyi xəbər əgörə, “Nur” prodakşın, “Nur” İlahilər qrupu və “Mədəni niyyət” qəzeti Ramazan bayramı münasibəti ilə Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən uşaq evində olublar.
Valideyn himayəsindən məhrum olan uşaqlarla birlikdə bayram qeyd edilib.
Bu barədə “Mədəni niyyət” qəzetinə açıqlamasında “Nur” prodakşın və eyni zamanda “Nur” İlahilər qrupunun rəhbəri Rahim Dərviş bildirib ki, ənənəvi olaraq hər il bu cür tədbirlər həyata keçirilir.
“Biz bütün bayramlarda uşaq evlərini, Qocalar evlərini ziyarət etməyə və onlarla bayramlaşmağa çalışırıq. Çünki istəmirik ki, onlar özlərini cəmiyyətdən təcrid olunmuş hiss etsinlər. Eyni zamanda onların sevinci bizim sevincimizdir. Dostlarımızla birlikdə bu cür layihələri həyata keçirməyi qarşımıza məqsəd qoymuşuq. Inşallah gələcəkdə də bu cür tədbirlər həyata keçirəcəyik.”-deyib Rahim Dərviş.
Qeyd edək ki, tədbirdə iştirak edən tanınmış aktyorlar İlham Əziz və Allahverdi Yolçuyevin maraqlı çıxışları uşaqların könlünü oxşayıb.