Nyu Yorkda, uçan insanlar görənləri çaş-baş salıb
İslamazeri.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, səmada uçan insanları görən Nyu Yorkluların çəkdiyi görüntülər, video paylaşma saytlarında rekord qırır.
New Yorkun simvolik binaları və turistik mərkəzlərində həyata keçirilən göstərilərin “20th Century Fox” tərəfindən hazırlanan Chronicle adlı film üçün reklam kampaniyasının bir hissəsi olduğu aydın olub.
Reklam agentliyi Thinkmodo, səmada uçan insanların sirrini video paylaşma saytlarında yayınladıqları bir video ilə New York sakinləriylə paylaşıb.
Thinkmodonun nümayəndəsi Michael Krivicka, "Filmdəki əsas xarakterlərin uçma qabiliyyətinə sahib olmasını nəzərə alaraq bu fikri ortaya atdıq. İnsan bədəni şəklində hazırlanan kiçik təyyarələr sayəsində New York və Nyu Cersi səmalarında uçan insanlar olduğu hissini oyandıran bir səhnəcik yaratdıq,"deyə bildirib.
islamazeri.az