اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

O da heroin və siqaret kimi aludəçilik yaradır

Yayım Tarixi: 20.02.2012 16:42
Ailə
Yazı ölçüsü: büyüt küçült         

haber
Məhz bu səbəbdən duzun qan təzyiqinə və ürəyin sağlamlığına ziyan olduğunu bilə-bilə bir çox insanlara duzdan imtina etmək çətin olur

Hamı duzlu çipsləri çox sevir. Bunun səbəbi duzun meydana gətirdiyi asılılıqla əsaslandırılır.
Alimlər kəşf ediblər ki, duz narkotik və siqaret kimi beyni stimulyasiya etmə qabiliyyətinə malik olduğuna görə insanlar ona belə bağlanırlar.
Duza həvəsi narkotikə olan asılılığı yaradan genlər yaradır.
Məhz bu səbəbdən duzun qan təzyiqinə və ürəyin sağlamlığına ziyan olduğunu bilə-bilə bir çox insanlara duzdan imtina etmək çətin olur.

Avstraliya və Amerika alimləri siçanlar üzərində təcrübə aparıblar: siçanların bir qisminə duzu az olan qidalar verilib, digər qisminə isə içərisində duz olan su içizdirilib. Belə məlum olub ki, üç gündən sonra duzlu su içən siçanlar özləri həmin suyu axtarmağa başlayıblar. Gəmiricilər duza ehtiyac duyduqda onların beyinlərində olan hüceyrələr narkotik asılılıqda olduğu kimi fəallaşıb.

Duz yanğısı narkotik maddəyə olan yanğı ilə eynidir. Ancaq alimlərin fikrincə, onun əsasında qədim instinkt durur.
Heyvan gücdən düşmüşsə və onun orqanizmi duz və su tələb edirsə, beyinə gələn siqnallar sayəsində o, yırtıcı qarşısında da qorxmur, ürəkli olur.
Ancaq insanların duzdan asılılığı narkotik asılılıqdan daha güclüdür və bu asılılıqdan müalicə olunmalı da çox insan var.

Qeyd edək ki, duzun belə təsirləri ilə yanaşı həm də bir çox müsbət xüsusiyyətləri var. Lakin ondan düzgün istifadə etmədikdə,yəni normadan artıq qəbul etdikdə duz mənfi təsirli olur.  Əlbətdə ki, hər şeyin olduğu kimi duzun da həddən artığı zərərlidir.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768