İslamazeri.az internet qəzetinin "Mərhəmət" bölməsinə müraciət daxil olub. Müraciəti təqdim edirik:
"Mən II qrup Qarabağ əliliyəm. Oğlum Xalid də, qızım Zümrüd də əlildirlər. Hər ikisinin eşitmə ilə bağlı problemləri var. 1 yaşlı qızımın eşitməsini eşitmə aparatı ilə korrektə etmək mümkündür. Amma oğlum Xalidin eşitməsi karlıq səviyyəsində olduğuna görə ona yalnız koxlear implantasiya əməliyyatı olunmalıdır ki, o, normal insanlar kimi eşitsin və danışsın. Bu əməliyyatı Bakıda da edirlər. Almaniyadan gələn həkim 31 min manata bu əməliyyatı edir. Biz kömək üçün bir çox yerlərə müraciət etmişik. Lakin hələ ki, lazım olan 31 min manatdan 10 min manat toplaya bilmişik. Uşağın artıq 5 yaşı var. Yəni indi mütləq əməliyyat olunmalıdır, yaşı kritik həddə çatıb. Əks halda o, heç vaxt normal insanlar kimi eşidib-danışa bilməyəcək. Bu Müqəddəs Ramazan ayında müsəlmanlardan artıq dərəcədə xahiş edirəm, oğlumun taleyinə biganə qalmayın. İmkanınız daxilində Allah yolunda siz də oğluma yardım edin ki, əməliyyatı həyata keçə bilək. Özündən xəbərsiz taleyinin faciəsini yaşayan 5 yaşlı uşağın öz səssiz dünyasından çıxmasına kömək edin. Oğlum Xalidin də, qızım Zümrüdün də xəstəlik kağızlarını göndərirəm. Amma ki, kömək əsasən oğluma lazımdır. Çünki onun əməliyyatının qiyməti bahadır deyə imkanımız yoxdur. Qız isə aparatla eşidəcək, inşallah. Tezliklə aparat qoyduracağıq. Oğlum Xalid haqqında http://xalid.blog.com/ saytında da ətraflı oxuya bilərsiniz. Xahiş edirəm, imkan daxilində köməyinizi əsirgəməyin. Oğlumun öz səssiz dünyasından çıxmasında yardımçı olun. Bu Müqəddəs Ramazan ayında Allah yolunda bir xəstəni sevindirmək, sağlığına qovuşdurmaq ən savab işdir. Əvvəlcədən təşəkkürümü bildirirəm.
Xalidə yardım etmək üçün bankda açılan hesab nömrəsini qeyd edirəm : AZN Adı: Qurbanov Shamil Payverdi H/H: 38010829550001 Texnikabank ASC Kodu: 506872rnVOEN: 9900000681 Muxbir hesab: 01370! 10031944rnSWIFT: TECIAZ22 "
Xalid Eşitmək İstəyir
Əziz müsəlman bacı və qardaşlarımız. Oğlum Xalidin əməliyyatına imkan daxilində yardım edin. Bir həftəyə artıq Moskvaya qıza eşitmə aparatı qoydurmağa gedirik. Əgər oğlumun əməliyyatı üçün lazım olan məbləğ toplanarsa, elə onun əməliyyatını da orada etdirərdik. Əks halda əməliyyat getdikcə yubanır. Kömək etmək istəyi olanlar bunu sonraya saxlamasınlar, sonra çox gec ola bilər. Xahiş edirəm, internetlə əlaqəsi olmayan dost-tanışlarınıza da xəbər edin. Bu məsum körpələrə yardım edin.