Rasionda zülalın olmaması bir çox orqanların və ümumi sistemin funksiyasını ləngidir.
İslamazeri.az İnternet Qəzetnin "Obesity"-ə istinadən verdiyi xəbərə görə, artıq çəkidən əziyyət çəkənlər pəhriz saxlayarkən onlarda ən böyük problemlər zülallardan da imtina etdiklərində baş verir.
Halbuki, pəhriz saxlanılan zaman zülaldan(yağsız ət, yumurta, balıq və paxlılardan)imtina etmək qəti qadağandır.
Bu ərzaqlardan imtina edildikdə artıq çəkidən azad olmaqla bərabər orqanizmdə bir sıra problemlər əmələ gəlir.
Rasionda zülalın olmaması bir çox orqan və sistemlərin funksiyasını ləngidir.
Bu da zamanla böyük fəsadlara gətirib çıxardır.
Pəhriz zamanı tərkibində zülal olan ərzaqların rasiona müntəzəm salınması çox vacibdir.
Bu həm sağlamlıq cəhətdən zəruridir , həm də pəhriz saxlayanlarda aclıq hissini yatırdır.
islamazeri.az