اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Pakistanda NATO əleyhinə növbəti etiraz aksiyası keçirilib

Yayım Tarixi: 21.02.2012 11:20
Dünya
Yazı ölçüsü: büyüt küçült         

haber
Paytaxt İslamabadda baş tutan aksiyada yüzlərlə etirazçı iştrak edib

Pakistanda hökümətin Amerika ilə əlaqələrinə qarşı növbəti etiraz aksiyası keçirilib.
Paytaxt İslamabadda baş tutan aksiyada yüzlərlə etirazçı iştrak edib. Aksiyada etirazçılar NATO-nun Əfqanıstanda yerləşən qərargahına ərzaq və təchizat yollarının açılmaması ilə bağlı hökümətə xəbərdarlıq ediblər.
"Pakistanın Müdafiəsi Şurası" adı altında baş tutan aksiya "Camaat-ud-Dava" və "İslam Camaatı" partiyalarının təşkilatçılığı ilə keçirilib.

Qeyd edək ki, "Pakistanın Müdafiəsi Şurası" radikal və sağçı partiyaların yeni yaradılmış ittifaqıdır.
Aksiyada partiya tərəfdarları "Amerikanın dostları xaindirlər", "Get, Amerika,get" şüarları səsləndiriblər.
Etirazçıların qəzəbinə səbəb isə keçən həftə ölkənin müdafiə naziri Əhməd Muxtarın NATO qərargahına aparan yolların açılması ehtimalının olması ilə bağlı bəyanatı olub.

Xatırladaq ki, Pakistan ABŞ münasibətləri NATO qüvvələrinin Pakistan-Əfqanıstan sərhəddində 24 pakistanlı əsgərin ölümü ilə nəticələnən noyabr hücumundan sonra pisləşmişdi.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768