Panasonic şirkəti WiGig məlumatların simsiz ötürülməsi texnologiyasının imkanlarını nümayiş etdirib
İslamazeri.az-ın MİNcom-a istinadən verdiyi xəbərə görə, Yaponiya şirkəti kontentin WiGig dəstəkli SD kart ilə təchiz edilən bir qurğudan digərinə necə ötürülməsini göstərib.
Prototip qismində planşet çıxış edib.
Panasonic WiGig-ilə təchiz edilmiş planşetdən kənar displeyə bir neçə fotoşəkil və video ötürüb. Bu halda informasiyanın ötürülmə sürəti 1 giqabit/saniyə təşkil edib. Tərtibatçıların sözlərinə görə, 1 DVD filmi təxminən 1 dəqiqəyə ötürmək mümkündür.
Onliner-in yazdığına görə, bununla belə, WiGig texnologiyası hələ ki Wi-Fi-ı əvəzləyə bilmir, çünki onun əhatə dairəsi 3 metrlə məhdudlaşır. WiGig dəstəkli kommersiya həllərin kütləvi istehsalına 2013-cü ilin yayında başlanacağı gözlənilir.
islamazeri.az