Seyyid Elbrus İbadov Nəsimi Rayon Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı
Azərbaycanda islamçıların kütləvi həbsi çərçivəsində fevralın 16-sı saxlanılan Seyyid Elbrus İbadov Kürdəxanı istintaq təcridxanasına aparılıb.
Seyyid Elbrus İbadova Cinayət Məcəlləsinin 234.1-ci, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, Seyyid Elbrus İbadov Nəsimi Rayon Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. /Azadxeber.az/
islamazeri.az