Qaz yandıra bilmirik ki, dəm qazından boğularıq, işıq da ki, yox
Artıq bir neçə gündür ki, ölkədə ciddi şəkildə işıq problemi yaşanır. Hətta Əhmədli sakinləri Ukrayna dairəsində etiraz aksiyası da keçiriblər. Hacıbala müəllim təbirincə desək qışa xas olmayan “anomal soyuqlar” nəticəsində Bakıelektrikşəbəkənin də işində ciddi nöqsan yaranıb. Deyirlər ki, Şimal DRES-də problem var. Amma deyəsən DRESS-in də problemi Qarabağ kimi uzanır, həll edə bilmirlər.
Bəklə ATƏT kimi bir təşkilat yaradaq, bu problemin həllinə vasitəçilik eləsin. Amma bu söz deməmiş olam. Çünki bu baş versə ömrü boyu qaranlıqda qalacağıq. Qaz yandıra bilmirik ki, dəm qazından boğularıq, işıq da ki, yox. Bircə yolu qalır, o da ki, yıxıl öl. Amma Azərbaycan xalqı dözümlü xalqdır. Bu sınaqdan da çıxacağıq inşallah.
O ki, qaldı Bakıelektrikşəbəkənin şefi Etibar Pirverdiyevə onun nəsə səsi çıxmır. Deyəsən evində işıq yanır. Ona görə də məsələdən “xəbərsizdir”. Bir də ki, toxun acdan nə xəbəri var axı...
islamazeri.az