اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Planşetlər 3 il sonra satış həcminə görə kompyuterləri ötəcəklər

Yayım Tarixi: 15.02.2012 18:34
Texnologiya
Yazı ölçüsü: büyüt küçült         

haber
2011-ci ilin nəticəsinə görə, smartfonlar satış həcminə görə fərdi kompyuterləri ötdülər

İslamazeri.az-ın "ictnews"-ə istinadən verdiyi xəbərə görə, hazırda növbə planşetlərindir.

“BI Intelligence” analitiklərinin proqnozlarına görə, 2015-ci ilədək planşet qurğularının illik satış həcmi 500 milyonu ötəcək. Müqayisə üçün, il ərzində 360 milyon fərdi kompyuter satılır.

3 ildən sonra planşet bazarı 100 milyard dollar həddini ötəcək.Mütəxəssislərin fikrincə, planşetlərin populyarlığı qiymətlərin düşməsi, həmçinin bu texnikanın korporativ sektora, maarifləndirici mühitə və inkişaf etməkdə olan bazarlara nüfuz etməsi fonunda artacaq.

“JP Morgan” analitiklərinin proqnozlarına görə, 2012-ci ildə planşet tədarükləri 2011-ci il ilə müqayisədə 55.2% arta bilər. Belə alınır ki, artıq gələn il 99,3 milyon planşet satıla bilər. 2013-cü ildə isə bu göstərici 132,6 milyona çata bilər.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Ferid
15.02.2012 23:56

tesekur edirem melumata gore
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768