اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Poladdan bərk kağız

Yayım Tarixi: 11.02.2012 12:55
Elm
Yazı ölçüsü: büyüt küçült         

haber
Poladdan bərk kağız? Bəli, artıq bu fantastika deyil, əgər o qrafendən hazırlanarsa...

İslamazeri.az İnternet Qəzetinin JAP(Journal of Applied Physics)-a istinadən verdiyi xəbərə görə, poladdan daha bərk olan kağız hazırlanıb.
Belə yüksək bərklikli materialı Sidney Texnologiya Universitetində hazırlaya biliblər.

Goiksu Vanqın başçılıq etdiyi alimlər qrupunun hazırladığı bu qrafen kağızın hazırlanma texnologiyası bir neçə mərhələdən ibarətdir: qrafitin xırdalanması, kimyəvi təmizlənməsi, filtrasiyası.
Beləliklə artıq materiallardan təmizləndikdən sonra qrafen laylar əmələ gəlir.
Bu laylar bir molekul qalınlığında olur.
O ki qaldı qrafen kağızın fiziki-kimyəvi xarakteristikasına, o bərkliyinə görə poladı iki dəfər üstələyir.
Bundan əlavə, poladdan fərqli olaraq, onun sıxlığı 5-6 dəfə, çəkisi isə 6 dəfə azdır.
Həmçinin yeni material cırılmaya qarşı yüksək davamlılığı, əyilmə zamanı sərtliyinə görə seçilir.
Bu isə yeni materialın poladı 10-13 dəfə üstələməsi deməkdir.
Qrafen kağızın kaşifləri inanırlar ki, yaxın gələcəkdə bizim nəsillər nəinki adəti sahələrdə poladın işlənməsindən, həmçinin təyyarə və maşınqayırmada, karbon kompozitləri olan səhələrdən də çıxarılacaq.
Çünki hazırlanmış bu yeni material həm ekoloji cəhətdən təmiz, həm də qiymət tərəfdən daha sərfəlidir.
Tədqiqatçılar öz işini Journal of Applied Physics jurnalında dərc ediblər.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768