Vəziyyəti ağır olan prokuror təcili yardım təyyarəsi ilə paytaxt Ankaraya aparılıb
Türkiyə Ağrı vilayətinin Doğubayazıt rayonunda prokuror olan Hakan Kılıç ötən gün şəhər mərkəzində naməlum şəxs tərəfindən silahlı hücuma məruz qalıb. Hadisə prokuror həyat yoldaşı ilə bazarda gəzərkən baş verib. ANS PRESS “İhlas” agentliyinə (İHA) istinadən xəbər verir ki, Hakan Kılıç 2-si sinəsinə, 1-i başına olmaqla 3 güllə yarası alıb. Hadisənin şahidləri tərəfindən dərhal xəstəxanaya çatdırılan Hakan Kılıçın vəziyyəti ağır olduğu üçün prokuror daha sonra təcili yardım təyyarəsi ilə paytaxt Ankaraya aparılıb.Cinayəti törədən şəxs isə hadisə yerindən qaçmağa müvəffəq olub. Polis faktla bağlı araşdırmalara başlayıb.