2011-ci ildə Azərbaycanda prokurorluq orqanlarının 5 işçisi barəsində 4 cinayət işi başlanılıb
İslamazeri.az-ın məlumatına görə, bu barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 2011-ci ilin yekunlarına dair hazırladığı hesabatda bildirilir.
Həmin cinayət işlərindən birinin istintaqı yekunlaşdırılıb və məhkəməyə göndərilib. 3-ü isə hazırda icraatdadır.
Bundan başqa, korrupsiya hüquqpozmalarına yol vermiş 6 əməkdaşa tənbeh verilib. Həmçinin 1 nəfər prokurorluq orqanlarından kənarlaşdırılıb.
islamazeri.az