اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Qürbətdə yaşayan Əhli-Beyt (ə) məddahı - Xəyal Müəzzin

Yayım Tarixi: 03.08.2011 15:26
Müsahibə
Yazı ölçüsü: büyüt küçült         

haber
İslamazeri.az internet qəzetinin bu günkü müsahibi Rusiyada yaşayan Əhli-beyt məddahı Xəyal Müəzzindir.

Xoş gördük Xəyal bəy. Mübarək Ramazan ayının daxil olması münasibətilə sizi təbrik edirik.

- Çox sağ olun, məndə bütün müsəlmanları bu mübarək ayın gəlişi münasibətilə təbrik edirəm.

Siz neçə vaxtdır ki, Əhli Beyt (ə) məddahı kimi fəaliyyət göstərirsiz?

- Həmd olsun Allaha ki, 4 ilə yaxındır Moskvada Əhli-Beyt məddahı kimi fəaliyyət göstərirəm.
Burda olan məclislərə gedirəm, yəni dini toy və mövlud tədbirlərində iştirak edirəm. Şükrlər olsun ki, İslamın tələb etdiyi toy məclislərinin sayı artmaqdadır.

Mübarək Ramazan ayında Rusiyada hansı tədbirlər olacaq və sizin bu tədbirlərdə fəaliyyətiniz olacaqmı?

- Ramazan ayında möminlər burada iftar süfrəsi qururlar. Arada mən də iştirak edirəm, dini surudlar və qəzəllər səsləndirirəm. əsas programlar Əhya gecəsində olacaq. Mərsiyələr rozələr səsləndirəcəyəm. Bir sözlə İmam Əlinin (ə) şəhadətini qeyd edəcəyik.

Azərbaycanlı hansı rozaxan, qəzəlxan və ya məddahı özünə ustad kimi görürsən?

- Azərbaycanda gözəl məddahlarımız çoxdur. Maşllah günü gündən çoxalır. Mənim ustadım və ustad gördüyüm məddah “Azərbaycan” qrupunun rəhbəri Seyyid Taleh qardaşımızdır.

Sizin SD və ya klipiniz varmı?

- İnşAllah ki qısa zamanda mənim albomum “Salam Studio”sı tərəfindən satışa buraxılacaq. “İmam Zaman (e.c.f) eşqi” adlı albom və inşallah məhərrəm ayına kimi mərsiyə albomu da işıq üzü görəcək. Qismət olsa klip çəkdirəcəyəm. Amma inşallah fikrim var ki, DVD albom hazırladım və burada olan məclislərdən videolar bu alboma həkk edilsin. Həmçinin bəzi oxuduğum mp3 lərdən hazırlanmış videolar da bura əlavə ediləcək.

Sizin üçün Azərbaycanda fəaliyyət göstərmək daha yaxşıdır, yoxsa Moskvada?

- Azərbaycanın 95 faizi müsəlmandır. Ora mənim vətənimdir, mən öz vətənimi çox sevirəm. Necə ki, peyğəmbərimiz buyurubdur: "Vətəni sevmək imandandır.” Bilirsiniz, Azərbaycanda yüzlərlə mənim kimi məddahlar vardır. Amma burada biz nisbətən çox azıq. Burada elə toy şənliklərində iştirak edirik ki, heç onlar namaz qılan deyillər, ancaq bu cür şənliklərdən xoş ayrılaraq namaza, dinə daha da maraq göstərməyə başlayırlar. Bir dəfə 70 yaşlı kişi bizim iştirak etdiyimiz toy məclislərinin birində oldu, bu insanın din haqqında bilgisi olmadığından bu toyda hər şeyə diqqət edirdi. Toy şənliyi başa çatdıqdan sonra yaşlı kişi bu cür toydan çox məmnun qaldığını vurğuladı. Əlbəttə, burada da möminlərin dəstəyi ilə gözəl məclislər keçiririk və hələ ki , Azərbaycanda fəaliyyət göstərəcəyimizi qəti olaraq qərar verməmişəm.

Məddah kimi sizi Moskvadan başqa yerlərlə dəvət ediblərmi?

Bəli, Sankt-Peterburq şəhərinə bir neçə dəfə dəvət almışam və orada geniş kütlə qarşısında çıxış etmişəm. Bu yaxınlarda "Zahra TV” kanalı və Türkiyə möminləri məni dəvət ediblər. Allahın köməkliyi ilə, getmək fikrindəyəm. Və inşAllah Gürcüstana Aşuraya dəvət almışam gedəcəm. Allahın izni ilə.

islam-azeri.az saytında bütün əziyyət çəkənlərə təşəkkür edirəm. Bunuda qeyd etmək istəyirəm ki, burada yaşayan möminlər sizin saytınızı daima izləyirlər. Allah sizləri İmam Əli (ə) əlilə Kövsər suyu içənlərdən qərar versin.
Amin!
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Goycek
04.08.2011 14:50
Salam
Onu Azerbaycanda beyenen seven coxdur
Seyran
04.08.2011 00:18

Allah Xeyali hifz elesin. Biz Moskvada onun xidmetini deyerlendiririk
İstifadechi
03.08.2011 16:40
Sayt
XayalMuazzin.com - chox gozel sayti var qardashimizin! Ughurlar olsun!
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768