Rusiya RLS-in icarə ərazisinin azaldılması və stansiyanın yeniləşdirilməsində maraqlıdır
İslamazeri.az-ın verdiyi xəbərə görə, Rusiyanın hərbi idarəsi Stansiyanın icarəsinin 2025-ci ilədək uzadılmasına və onun yenidən qurulmasına çalışır. Jurnalistlərin suallarına cavab verən Anatoli Serdyukov stansiyanın, o cümlədən, İranla bağlı istismarını qeyd edib.
İTAR-TASS agentliyinin məlumatına görə, Anatoli Serdyukov bildirib ki, Qəbələnin imkanlarının genişlənməsi erkən raket hücumu ilə bağlı xəbərdarlıq sistemi üçün faydalı və mühümdür. Bu o cümlədən İranın (raket) proqramı ilə bağlıdır. Hərçənd ki, biz bunu əlaqələndirməyirik.
Stansiyanın yenilənməsiRİA Novosti agentliyinin xəbərində isə Rusiyanın müdafiə nazirinin yeni stansiyanın çox güman ki, zavodda hazırlanaraq bilavasitə Qəbələdə montaj olunacağını deyib. Nazir Qəbələnin imkanlarının genişlənməsi və parametrlərinin müasirləşməsinə çalışıldığını deyərək icarə xərclərinin aşağı salınmasında maraqlı olduğunu bildirib.
“Yeni stansiya qurulduqdan sonra bizə bu qədər ərazi lazım deyil. O zaman bizə su və elektrik enerjisi də indiki qədər lazım olmayacaq. Azərbaycanlı həmkarımla yaxın vaxtlarda işçi qrup səviyyəsində müzakirələrin Bakıda davam etdirilməsi barədə razılığa gəlmişik. Razılaşma əldə edə bilməməyimizə dair heç bir narahatlığım yoxdur”. Rusiyanın Müdafiə Nazirliyi Azərbaycanla razılaşdırılacaq yalnız maliyyə məsələlərinin qaldığını deyib.
Qeyd edək ki, indiyədək Bakı stansiyanın haqqını artırılmaq niyyətində olub.
Bakıdan baxışHərbi ekspert Üzeyir Cəfərli deyir ki, bu məsələnin həlli üçün yeni ödəniş üsulları təklif oluna bilər: “Azərbaycan icarə haqqının artırılmasını təkid etsə də, Rusiya sırf pul deyil, xidmət şəklində ödənişləri təklif edir. Buraya təlim kimi proqramlar daxildir”. Ekspertin sözlərinə görə Qafqazda yeni Armavir RLS-nin qurulmasından sonra "daha yaşlı" olan Qəbələnin əhəmiyyəti bir qədər azalıb.
Xatırladaq ki, 2007-ci ildə Qəbələ stansiyanın ABŞ-la birgə istismarı təklifi ortalıqda olsa da, Vaşinqton Avropanın havadan müdafiə sisteminə Azərbaycandakı lokatoru daxil etməmək qərarına gəlib.
Qeyd edək ki, Qəbələ stansiyasında müqaviləyə əsasən 1.500 adam işləyir. Onların arasında yerli personal da var. Yer və dənizdən qalxan ballistik raket hücumundan erkən xəbərdarlıq stansiyası olan Qəbələ 1985-ci ildə istismara verilib. Hazırda Azərbaycandakı stansiyadan 6 min kilometrlik məsafəni nəzarət altında saxlamaq mümkündür. RLS-in nəzarət əhatəsinə İran, Türkiyə, Çin, Pakistan, Hindistan, İraq, Afrikanın bir hissəsi və Hind habelə Atlantik okeanında olan adalar daxildir.
islamazeri.az