Uzun illərdir ki, siyonist İsrailin müharibəsinə müqavimət göstərən Qəzzada qadın olmaq!
Qəzzada yaşanan zülm bütün dünyanın gözü önündə cərəyan edir. İnsafı olan hər kəs buna səbəb olanları lənətləyir. Müasir dünyanın idarəedici gücləri tərəfindən sponsorlaşdırılan bu soyqırımı dayandırmaq üçün heç kim heç nə etmir. Müsəlmanlar dua edir, Müsəlman kimi görünən dövlətlər və başlarında duranlar isə “ başçılarına” qüsursuz xidmət etmək üçün möhtəşəm bir ölçüdə səssiz qalmağı üstün tuturlar.
Bu gün Qəzzada baş verənlər sadəcə Fələstinə yönəlmiş bir hücum deyil. Bu hücum onlar kimi düşünən hər kəsə yönəlmiş bir zehniyyətin məhsuludur. Dünyanın hər yerində müsəlmanlar repressiyaya məruz qalıblar. Onları susdurmaq üçün isə hər bir yolu özləri üçün doğru hesab edib, ən təhlükəlisindən belə qaçmırlar. Yetərki bu düçüncə yox olsun! Bu gün bu soyqırımı kim dayandıra bilər? Bunun qarşısını ala biləcək ən vacib güc qadındır. Qadın anadır, yoldaşdır. Müsəlman bir qadın zülmə etiraz edən övlad yetişdirər. Ona görə də həmişə onlar üçün ən böyük “maneə” müsəlman qadın olmuşdur.
Qəzzalı qadınların həyatını dünya mediasına çatdırmaq istəyən bir hicablı fotorepartyor qadın tərəfindən çəkilən şəkillər bütün çətinliklərə baxmayaraq onların ayaqda durduqlarını hər kəsə nümünə göstərdi.
Qəzzada ağrı müqavimət doğurur. Qəzzada İsrail hücümları nəticəsində ayağını itirən bir Həmas mücahidi gənclə evlənən müxbir qızdan, İsrailin döyüş gəmilərinə baxmayaraq Qəzza sahilində yemək yeyən ailələrə qədər hər şey göz önündədir. Qadınlar Qəzzada ailələri və uşaqları üçün ən ağır yükü çiyinlərində daşıyırlar. Qəzzalı qadın hər gün ölümlə üzləşməyə hazırdır. Qəzzada qadınların gündəlik həyatlarına nəzər saldıqda görürük ki, bu qədər çətinliklərə baxmayaraq onlar hələ də ümid dolu bir sabahın intizarındadırlar. Budur bütün çətinlikləri ilə Qəzzanın ayaqda durduğunu sübut edən o şəkillər:
1. "Qadınlar Xeyriyyə Cəmiyyəti"nin otağında namaz qilan bir qadın. Namazdan sonra vaxt itirmədən çox çətin vəziyyətdə yaşadığına baxmayaraq, daha çətin şəraitdə yaşayan Qəzzalı qadınlar üçün öz tikiş maşınının başına keçib paltar tikəcək.
2. Qəzzanın HƏMAS millət vəkili Hüda Naim, öz övladları ilə evdə oyun oynayır. Uşaqlar bu kiçik yaşlarına baxmayaraq əllərindəki oyuncaqla müqavimətə hazır olduqlarını bildirir.
3. Mümin Faiz adlı jurnalist, 2008-2009 cu illərdə Siyonist rejimin hücumu nəticəsində ayaqlarını itirən HƏMAS mücahidindən intervyu almağa gəlir. Daha sonra bu gəncə aşıq olur və evlənirlər.
4. Qəzzadakı gənc məktəbli qrupu dənizdə gəzən İsrail savaş gəmilərinə fikir vermədən kiçik qayıqla dəniz gəzintisinə çıxıblar.
5. Qəzzalı bir qadın daha. Bu qədər yoxluğa, ağrı-əziyyətə qarşı yenədə öz yaratdığı baxçasında otururub.