اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Qaçqın və məcburi köçkünlərə nə qədər pul xərclənib?

Yayım Tarixi: 07.02.2012 13:42
İqtisadiyyat
Yazı ölçüsü: büyüt küçült         

haber
“Azərbaycan hökuməti son 20 ildə qaçqın və məcburi köçkünlər üçün 4,6 milyard dollar vəsait xərcləyib”

“Bu məbləğin 2,7 milyard dolları büdcə vəsaiti hesabına, 1 milyard dolları Dövlət Neft Fondunun hesabına, 900 milyon dolları isə beynəlxalq təşkilatların hesabına formalaşıb”.

Bu rəqəmləri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov Fransa Senatının nümayəndə heyəti ilə görüşündə bildirib. O qeyd edib ki, Dövlət Neft Fondundan ayrılan 1 milyard dollar vəsait hesabına 70 müasir qəsəbə tikilib. Son 8 ildə 120 mindən artıq ailə yeni qəsəbələrə köçürülüb. 

Ə. Həsənov bildirib ki, 2003-cü ildə məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 75 faiz idisə, hazırda bu rəqəm 18 faizə düşüb. 2011-ci ildə Azərbaycan dövləti bir məcburi köşkün üçün 900 dollar vəsait xərcləyib: “Bu vəsait dünyadakı bütün münaqişə zonalarındakı məcburi köçkünlər üçün sərf edilən ən yüksək rəqəmdir”. \apa\
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768