اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Qadın-kişi münasibətlərində diqqət yetiriləsi məqamlar

Yayım Tarixi: 06.02.2012 17:49
Din
Yazı ölçüsü: büyüt küçült         

haber
Bəzi hallarda şeytan bəzi kişilərin qəlbinə o qədər nüfuz edir ki, onların gündəlik rəftar və davranışlarını şübhəli edir

Buna görə də hərdən belə olur ki, bir kişi naməhrəmlə ünsiyyətdə olmağa o qədər meyl edir ki, sanki onun məhrəmidir. Misal üçün, hər hansı bir mətləbi kişidən soruşa bildiyi halda naməhrəm bir qadından soruşur. Bəzən öz söhbətlərini naməhrəmlə uzadır ki, onunla daha artıq söhbət etsin. Naməhrəmlə səfərə çıxmaq, əyləncə məqsədi ilə gəzmək onun üçün daha artıq cazibəli olur. Əgər bir yerdə bir naməhrəm olsa, o da həmin yerdə olmağa daha çox maraq göstərir. Qonaqlıqlarda çalışır ki, naməhrəmlə daha artıq söhbət etsin, onlarla daha artıq ünsiyyətdə olsun, naməhrəmin müqabilində hər bir şeydən artıq özündən canfəşanlıq etsin və bir sözlə, naməhrəmin iştirak etdiyi hər bir işdə başqalarından artıq maraq göstərir və sair. Kişilər və xüsusilə əziz cavanlar bu cür işlərdən şiddətlə çəkinməlidirlər, çünki bu kimi münasibətlər və söhbətlər adətən ləzzət və reybə qəsdi ilə yanaşı olur və təbiidir ki, şərən haram olacaqdır. Kişilərin barəsində qeyd olunduğu kimi, bəzən qadınlar da şeytani hiylələrə düçar ola bilərlər. Buna görə də onlar naməhrəmlə o qədər yaxın ünsiyyətdə olurlar ki, sanki onun qardaşıdır. Xüsusilə o qadınlar ki, naməhrəmlə daha artıq təmasda olurlar. O cümlədən tibb bacıları, idarələrdə, şirkətlərdə işləyən qadınlar, idmançılar və s. başqalarından daha artıq diqqətli olmalıdırlar.

Qeyri-zəruri işlər üçün naməhrəmlərdən kömək istəmək, məhrəmdən soruşmaq mümkün olduğu halda naməhrəmdən bir məsələ barəsində soruşmaq, bəhs etmək və özünü araya salmaq, öz üstün cəhətini naməhrəmə bildir¬mək, naməhrəmlə daha artıq ünsiyyətdə olmaq, naməhrəmin olduğu mühitlərdə işləməyə daha çox maraq göstərmək və bir sözlə, bütün bu hallarda günaha düşmə ehtimalı vardır və adətən bu kimi ünsiyətlər ləzzət və reybə qəsdilə yanaşı olur və şərən haram sayılır.

"Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri" kitabından
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Təhminə
22.02.2012 20:57
Allah Razı Olsun
Əuzubilləhi minəş-şeytanir-racim.Bismilləhir-rahmənir-rahim.Allahın salamı olsun sizə.Sizə minnətdaram ki,insanları düz yola çağırırsınız.Çoxlarının bəlkə də işlə əlaqədar bilmədən etdiyi günahdan xəbəri olmur.İnşallah,sizin yazınızı oxuyub günahlarının fərqinə varacaqlar,düz yola gələcəklər.Allah bu əməlinizin mükafatını hər iki dünyada tez versin,inşallah.
Zara
06.02.2012 18:38
Cox Gozel
bezi evli adamlar var ki, oz xanimina ayiracagi vaxti bawqa qadinlara ayirir. sozde ona yardim edir. bezen nefs adami bele aldadir. yazini cox beyendim. bele yazilar tez-tez paylawin. insan gerek yalniz oz mehremi ile semimi olsun,digerleri ile serhedini gozlemelidir. emeller niyyete, niyyetler emele uygun olmalidir. oz xanimina ayirsin o vaxti, bawqasinin problemini sozde hell ederken belke de xaniminin daha cox problemine bigane yanawir. bu hallarla cemiyyetde cox qarwilawiriq
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768