اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Qazaxıstan və Qırğızıstan arasında qalmaqal

Yayım Tarixi: 14.02.2012 10:00
Region
Yazı ölçüsü: büyüt küçült         

haber
Qazaxıstan qonşu Qırğızıstana radioaktiv daş kömür satıb

Ötən həftə Qazaxıstanın qonşu Qırğızıstana radioaktiv daş kömür ixrac etdiyi barədə xəbərlər yayıldıqdan sonra, rəsmi Bişkek məsələni danışıqlar yolu ilə həll etmək qərarına gəlib.
Qırğızıstan hökuməti dövlət enerji şirkəti tərəfindən alınmış daş kömürün radioaktivliyinin ölümcül olmadığını desə də, şirkət kompensasiya tələbindən vaz keçməyib.
Qazaxıstan şirkəti ilə əldə edilmiş razılığa əsasən, təchizatçı daş kömür partiyasının geri daşınmasıyla bağlı ortaya çıxan bütün xərcləri öz öhdəsinə götürüb.
Qırğızıstan prokurorluğu radioaktiv daş kömürün ölkəyə gətirilməsinə icazə vermiş 7 məmur barədə cinayət işi qaldırıb.

Qeyd edək ki, Qırğısızstan enerji şirkətinin qonşu Qazaxıstandan aldığı daş kömür məktəblərin, uşaq və qocalar evlərinin və digər ictimai binaların isidilməsi üçün nəzərdə tutulmuşdu.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768