Yəməndə yerləşən Socotra adası fərqli bitki örtüyü ilə sizi qəribəliklər diyarına dəvət edir.
Yeddi milyon il bundan əvvəl Afrika qitəsindən qopub, ada halına gəldiyi təhmin edilən Socotra, dünyanın başqa heç bir yerində görülməyən 200-dən çox heyvan və bitki növünəsinə ev sahibliyi edir. Adanın ən diqqət çəkici xüsusiyyəti isə yuxarıdan baxıldığında göbələyə, yaxından baxıldığında isə kosmos gəmisinə bənzəyən ağacları və fil ayağı şəklindəki çöl gülləridir. Hind okeanında olan adaya ən yaxın yer 250 kilometr məsafədə yerləşən Somalidir. Ancaq bu iki yer arasında ən kiçik bir bənzərlik belə yoxdur.
Adaların simvolik bitkisi isə çətir görünüşündəki ağacdır. Ağacın qırmızı suyu keçmiş dövrlərdən bu yana boya maddəsi olaraq istifadə edilir. Bir çox adalarda olduğu kimi, yarasalar Socotranın da məşhur canlılarındandır. Socotradaki insanların böyük qismi ana adadakı Hadiboh şəhərində yaşayırlar. Adı Sanskrit dilində xoşbəxtlik adası mənasını verir. Ada tam da adı kimi çox sakit bir yerdir. 2004-cü ilə qədər asfalt yolu belə olmayan adada yalnız 40 min nəfər yaşayır. 1967-ci ildə Mahra Sultanlığı ləğv edildikdən sonra, Socotra, Yəmən Xalq Demokratik Respublikasına aid edilmişdir. Bu ada hər il turist axınına uğrayır.