اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Qocalmanı dayandıran bakteriya tapıldı

Yayım Tarixi: 21.01.2012 13:15
Elm
Yazı ölçüsü: büyüt küçült         

haber
Yakutsk vilayətində kəşf edilən bu bakteriyaların torpağın altında -5 dərəcə temperaturunda yaşadığı bildirilir

İslamazeri.az İnternet Qəzetinin "znanost"a istinadən verdiyi xəbərə görə, Rusiya alimləri qocalmanı dayandıran bakteriya aşkar edib.
Rusiya Elmlər Akademiyasından yayılan açıqlamaya görə laboratoriya şəraitində aparılan sınaqlar zamanı "Bacillius F" adlı bakteriyaların canlıların qocalmasını yavaşlatdığı və onların immun sistemini möhkəmləndirdiyi məlum olub.

Şərqi Sibirin Yakutsk vilayətində kəşf edilən bu bakteriyaların torpağın altında -5 dərəcə temperaturunda yaşadığı bildirilir.

Alimlərin sözlərinə görə bu bakteriyaların inyeksiya edilyi siçanlar normal siçanlarla müqayisədə daha uzun müddət yaşayırlar və digər bir vacib məqam isə ondan ibarətdir ki, bu bakteriyaları daşıyan orqanizmlərin immun sistemi xeyli güclənir.

Araşdırmalardan belə məlum olub ki, bu bakteriyaların daşyıcısı olan siçanlarda immun sisteminin həm güclənməsi, həm də mübarizə üçün reaksiya qabiliyyəti sürətlənib.
Normal siçanlarla müqayisədə "Bacillius F" daşıyıcılarının immun sistemini 20-30% daha sürətli çalışdığı bildirilir.
Yayılan açıqlamada daha sonra bildirilir ki, tədqiqatlar eyni vaxtda çoxlu sayda siçanlar üzərində aparıldığı üçün nəticələr etibarlılıq baxımından qənaətbəxşdir.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Ferid
25.01.2012 00:42

Melumata gore tesekkur edirem
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768