İslamazeri.az günün hədisini təqdim edir
İmam Əli (ə): «Qorxaqlıq çatışmazlıqdır.» (Nəhcül-Bəlağə, hikmət 3)
İmam Əli (ə): «Qorxaqlıq, hərislik və simiclik eyb və nöqsan kimi sifətlərdən pak, uzaq olan Allaha qarşı bədgümanlıqdan yaranan pis xislətlərdir.» (Ğurərul-Hikəm, hədis 1837)
İmam Əli (ə): «Qorxaqlıqdan uzaq olun ki, o, ar və nöqsandır.» (Ğurərul-Hikəm, hədis 2582)
İmam Əli (ə): «Çox qorxaq olmaq ruhun acizliyi və yəqinin süstlüyündəndir.» (Ğurərul-Hikəm, hədis 5773)
İmam Həsən (ə) «qorxaqlıq nədir?» sualının cavabında: «Dosta qarşı cəsarətli olmaq və düşmənin qabağından qaçmaq.» (Tuhəful-Uqul, səh.225)
islamazeri.az