اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Rəsmi Bakı Ermənistana kömək təklif etdi

Yayım Tarixi: 11.02.2012 13:16
Siyasət
Yazı ölçüsü: büyüt küçült         

haber
Azərbaycan İrəvanın tarixi mərkəzinin bərpası üçün sənədləri təqdim edə bilər

Azərbaycan hökuməti İrəvan şəhərinin tarixi simasının canlandırılması üçün bu şəhərin xəritələrini və cizgilərini Ermənistana verməyə hazırdır. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin sektor müdiri Fuad Axundov bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan hakimiyyəti paytaxt İrəvanın qədim mərkəzini bərpa etmək niyyətində olduğunu açıqlayıb. “Əgər həqiqətən İrəvan şəhərinin əvvəlki tarixi simasını bərpa etmək istəyirlərsə, biz lazımi şəkilləri və cizgiləri erməni tərəfinə verə bilərik”, - deyə F. Axundov vurğulayıb.

F. Axundovun sözlərinə görə, Azərbaycanda İrəvan şəhərinin məşhur avropalı və rusiyalı rəssamlar tərəfindən çəkilmiş şəkilləri, həmçinin köhnə İrəvan şəhərinin çoxlu cizgiləri var. 

F. Axundov onu da qeyd edib ki, qədim İrəvanı qurmaq istəyən ermənilər Qafqazda ən gözəl binalardan biri hesab olunan Xan sarayını 1964-cü ildə məhv ediblər: “Vandalizmin nəticəsi olaraq XVI əsrə məxsus İrəvan qalası bütün tikililəri ilə birlikdə məhv edilib. Ona görə ki, bu abidə Azərbaycan memarlığının şah əsəri idi”.  
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768