İslamazeri.az internet qəzetinin Baş Redaktoru Ramin Bayramovun məhkəməsinin tarixi təyin olunub
Vəkil Ramil Məmmədovun İslamazeri.az-a bildirdiyinə görə, məhkəmə fevral ayının 23-ü saat 15:00-a təyin olunub.
Proses Abşeron rayon məhkəməsində keçiriləcək.
Xatırladaq ki, Ramin Bayramov ötən ilin avqust ayında həbs olunub. O, yalan ittihamlarla Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə günahlandırılır.
islamazeri.az