اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

"Real" və "Barselona"dan çətin qələbə

Yayım Tarixi: 05.02.2012 20:58
İdman
Yazı ölçüsü: büyüt küçült         

haber
"Real Madrid" 55 xalla birincidir, "Barselona" isə 48 xalla ikinci pillədə qərarlaşıb

İspaniya La Liqasında XXI turun oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma baş tutub.
Öz meydanında "Espanyol"la qarşılaşan "Atletik" (Bilbao) rəqibi ilə bacarmayıb. Hərəyə 3 dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk ediblər.

La Liqanın lideri "Real" (Madrid) isə səfərdə "Hetafe"nin qonağı olub. Matçın taleyini bir qol həll edib. Serxio Ramosun matçın 18-ci dəqiqəsində vurduğu qol "Real"a minimal hesablı qələbə qazanıb.

"Barselona" isə doğma azarkeşləri önündə "Real" (Sosyedad) klubu ilə qarşılaşıb. Fasiləyə Telyoun qolu ilə 1:0 üstün yollanan Kataloniya təmsilçisi ikinci hissədə də Messi ilə daha bir dəfə fərqlənib - 2:1.

4 fevral
İspaniya La Liqasında XXI turun oyunları
"Levante" - "Santander" - 1:1  Qollar: Kone, 23 (1:0), Arana, 61 (1:1)
"Malyorka" - "Betis" - 1:0  Qol: Kastro, 24 (1:0)
"Atletik" (Bilbao) - "Espanyol" - 3:3  Qollar: Markos, 26 (1:0), Romarik, 33 (1:1), Veiss, 48 (1:2), Lorente, 58 (2:2), Martinez, 65 (3:2), Albin, 90 (3:3)
"Qetafe" - "Real" (Madrid) - 0:1  Qol: Ramos, 18 (0:1)
"Barselona" - "Real" (Sosyedad) - 2:1  Qollar: Tello, 9 (1:0), Messi, 72 (2:0), Vela, 74 (2:1)

XXI turun növbəi oyunları
5 fevral
"Sportinq" (Xixon) - "Osasuna"
"Sevilya" - "Vilyareal"
"Saraqoza" - "Rayo Vallekano"
"Atletiko" (Madrid) - "Valensiya"

6 fevral
"Qranada" - "Malaqa"



islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768