اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Roberto Karlos karyerasını başa vurur

Yayım Tarixi: 30.01.2012 18:24
İdman
Yazı ölçüsü: büyüt küçült         

haber
Dünya futbolunun canlı əfsanəsi Roberto Karlos bu ilin sonunda karyerasını başa vuracağını açıqlayıb

İspaniyanın "Marka" qəzetinə danışan braziliyalı ulduz "Anji"nin sahibi Süleyman Kərimovun köməkçisi işləyəcəyini bildirib: "Anji" ilə 2013-cü ilin iyununa qədər müqaviləm var. Ancaq çox güman ki, bu ilin dekabrında karyeramı başa vuracağam. Bununla belə, "Anji"dən ayrılmaq fikrində deyiləm. Komandada qalıb Süleyman Kərimovun köməkçisi işləyəcəyəm. Çünki Kərimov məndən komandanın gələcək inkişafına yardım etməmi xahiş etmişdi. Mən də razılıq verdim və bundan sonra da "Anji"nin uğuru üçün çalışacağam". 38 yaşlı futbolçu eyni zamanda çalışdığı ən yaxşı baş məşqçiləri və vurduğu qolları da açıqlayıb: "Çalışdığım ən yaxşı məşqçilər kimi Visente Del Boske və Fabio Kapellonu qeyd edə bilərəm. Ən yaxşı qollara gəldikdə isə Braziliya millisinin heyətində cərimə zərbəsindən Fransaya və "Real" (Madrid) klubunda künc zərbəsində "Tenerife"yə vurduğum qolları vurğulamaq istərdim".
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768