Bəxtiyar Səfa
Bu gecə qəribə bir yuxu gördüm. Ağ at üzərində, ağ libaslı bir nəfər mənə doğru yaxınlaşırdı. Gözlədim… Yaxınlaşdı. Bircə cümlə deyib getdi. Ruhaniyyətsiz ölü “ruhlar” olmayın… Və yenidən uzaqlaşdı. Əlbəttə mən bu insanı tanıdım. Bu Seyyid Mübariz idi. O Mübariz ki, Allahın lütfünə sahib olaraq şəhadət şərbətini içmişdi. İndi isə bu sözləri dedi və getdi… Elə yuxuda bu sözlər barədə çox düşündüm. Axı Seyyid Mübariz nəyi demək istəyirdi? Doğurdanmı biz Ruhaniyyətsiz ölü “ruhlar”lıq.
Əlbəttə, əgər bir kəsin ki, qeyrətini əlindən alalar, ruhanisini həbs edələr və “səbr” edər. Görəsən həmin şəxs Seyyid Mübarizin nisbət verdiyi insandırmı? Hacı Mövsümün sözləri gəldi qulağıma. “Məgər haqqı müdafiə etməyin vaxtı çatmayıbmı?” Hacı Abgül dilləndi bu dəfə. “Namusunu müdafiə etməyən kişilikdən danışmasın gərək.” Hacı Tale danışdı. “Hicab uğrunda əbədi həbsə hazırıq.” Kino lenti keçdi gözlərimin önümdən. Yerdə sürüdülən seyyidə xanım, tapdalanan Quran, “Allahu əkbər” sədaları. Yavaş-yavaş azalırdı səslər. Qaranlığa doğru gedirdim. Sürətlə. Deyəsən axı ölürəm. Ölüm məni yuxuda yaxalayıb. Yox nə cavab verəcəyəm Əhli-beytə. Nə cavab verəcəyəm Fatimə (ə) xanıma. Hansı üzlə baxacağam onların üzünə. “Sənin şiən gəlib deyəcəyəm. Məgər mən Əhli-Beytin haqqını müdafiə etmişəm? Yoxsa Onların haqqını tapdalayan zalıma qarşı çıxmışam. Yox mən hələ ölə bilmərəm. Yox Allahım, yox mənə bir fürsət də ver… Mən ölmək istəmirəmmmm…”
Öz səsimə yuxudan oyandım. Yerimin içində oturub düşündüm. Görəsən mən ölümə hazırammı? Cavabını isə tapmağa çətinlik çəkirəm. Axı Allah mənə fürsət verdi. Deməli ömrümün qalan hissəsini Ruhaniyyətsiz ölü “ruhlar” kimi yaşamayım gərək.