اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً
Bugün: 23.02.2012, 1 Rəbiyül-axır 1433

Rusiya Ərəb Birliyinin Suriya planına qarşı çıxdı

Yayım Tarixi: 27.01.2012 18:00
Siyasət
Yazı ölçüsü: büyüt küçült         

haber
Gennadi Qatilov: "Əsadın səlahiyyətlərini vitse-prezidentə təhvil verməsi təklifi bizim üçün qəbuledilməzdir"

İslamazeri.az-ın TRT-yə istinadən verdiyi xəbərə görə, Rusiya Ərəb Birliyinin Suriya ilə bağlı BMT Təhlükəsizlik Şurasına təqdim edəcəyi qanun layihəsinin qəbuledilməz olduğunu bəyan edib. Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov Ərəb Birliyinin Təhlükəsizlik Şurasına təqdim etməyi düşündüyü Suriya Sülh Planının Moskvanı təəccübləndirdiyini bildirib.

Qatilov "Bəzi Qərb ölkələrinin də dəstək verdiyi bu planın qəbul edilmə şansı yoxdur, çünki bizim və bir çox ölkənin fikri öyrənilmədi" deyib. Planın məzmununu da sərt sözlərlə tənqid edən Rusiya rəsmisi Bəşar Əsadın səlahiyyətlərinin vitse-prezidentə verilməsi təklifinin Moskva üçün qəbuledilməz olduğunu söyləyib.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768