Rusiyanın Baş qərargah rəisi Nikolay Makarov, milli təhlükəsizliyə qarşı təhdid olacağı vəziyyətində nüvə silahı belə istifadə edəcəklərini bildirib
İslamazeri.az-ın verdiyi xəbərə görə, “Exo Moskvı” radiosuna danışan Makarov qeyd edib ki, "Bizim NATO-ya qarşı müharibə planımız yoxdur. Ancaq Rusiyanın ərazi bütövlüyünə hər hansı bir təhdid olarsa, nüvə silahlarımızı istifadə etmə haqqına sahibik və bunu edə bilərik."
Rusiyanın nüvə gücünün strateji sabitlik baxımından bir künc daşı olduğunu bildirən Rusiya Baş qərargah rəisi, "Rusiya hökuməti tərəfindən nüvə gücümüzün yenilənməsi üçün ciddi işlər görülür" fikrini də səsləndirib.
Rusiya Müdafiə nazirliyi nüvə tutumunu modernize etmək üçün ən az 10 ədəd Borey tipi nüvə daşıyıcısı alacaq. Tu-160 Blakjack və Tu-95 Bear strateji bombardman təyyarələrinin modernizasiyasını başlayan Moskva, strateji raket gücünü də Yars mobil balistik sistemləri ilə inkişaf etdirir.
Qeyd edək ki, Rusiya hökuməti tərəfindən 2020-ci ilə qədər tamamlanması planlaşdırılan ordunun modernizasiyası proqramına 22 trilyon rubl (730 milyard dollar) büdcə ayırıb.
islamazeri.az