Əsas prioritet sahələr olaraq energetika, informasiya texnologiyaları, rabitə-kommunikasiya, biomedikal və nüvə texnologiyası sahəsi müəyyənləşdirilib
Rusiya önümüzdəki illərdə innovasiya yönümlü investisiyalara xüsusi önəm verəcək.
Bunu Rusiyanın baş naziri Vladimir Putin bu günlərdə keçirdiyi toplantıda bildirib.
Onun sözlərinə görə 2013-cü ildə dövlət şirkətləri tərəfindən innovasiya və texnologiya sektoruna 50 milyard dollar sərmayə qoyulacaq.
Dövlət şirkətlərinin bu proqramda öncüllük etməsinin əhəmiyyətini vurğulayan Putin : "Önümüzdəki 10 il ərzində innovasiya yönümlü istehsal həcmini 5% səviyyəsindən 25-30%-ə qədər yüksəltməliyik. Araşdırma-təkmilləşdirmə üçün ayrılan vəsait 2020-ci ilədək ÜDM-in 2.5%-ə çatdırılmalıdır. Təəssüf ki, hazırda bu rəqəm 1.16%-dən çox deyil" deyə bildirib.
İnnovasiya və texnologiya yönümlü əsas prioritet sahələr olaraq energetika, informasiya texnologiyaları, rabitə-kommunikasiya, biomedikal və nüvə texnologiyaları sahəsi müəyyənləşdirilib.
Putinin fikrincə bu sektorda fəaliyyət göstərəcək şirkətlərin baş menecerlərinin gəlirləri onların uğur və nailiyytləri ilə düz mütənasib formada qurulmalıdır.
islamazeri.az