اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Rusiya müxalifəti kütləvi aksiyalar keçirdi: 61 nəfər saxlanıb

Yayım Tarixi: 01.02.2012 16:47
Region
Yazı ölçüsü: büyüt küçült         

haber
"Strategiya-31" aksiyaları Moskva və bir sıra şəhərlərdə keçirilib

Ötən gün Rusiyanın bir sıra şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib. Müxalifətin ənənəvi olaraq hər 31-günlük ayın sonuncu günündə keçirdiyi "Strategiya-31" adlı aksiyalar Rusiya Konstitusiyasının sərbəst toplaşmaq azadlığına dair 31-ci maddəsinin müdafiəsi məqsədilə təşkil edilib. Paytaxt Moskvanın Triumfalnaya meydanında keçirilən icazəsiz aksiyada 200-dən çox adam iştirak edib. Nümayiş zamanı qeydiyyatdan keçməmiş "Başqa Rusiya" partiyasının lideri Eduard Limonov da daxil olmaqla, 49 nəfər saxlanıb.

Sankt-Peterburqda isə analoji nümayiş Qostinıy Dvor adlı yerdə keçirilib və 12 aksiya iştirakçısı saxlanıb. Onların arasında olan "Başqa Rusiya" partiyasının fəallarının polis tərəfindən döyüldüyü bildirilir.

"Strategiya-31" aksiyası Rusiyanın Samara və Omsk şəhərlərində də baş tutub. Burada nümayişçilərə Rusiyada parlament seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq fevralın 4-ə planlaşdırılan kütləvi aksiyalara dəvət edən vərəqlər paylanıb.

Rusiya müxalifəti ilə həmrəylik mitinqi Çexiyanın paytaxtı Praqada da keçirilib, burada aksiyaya 100-dən çox adam toplaşıb.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768