Moskvada asayişin mühafizəsinə 9 minədək polis əməkdaşı cəlb olunub
Bu gün Rusiyada prezident seçkisindən bir ay əvvəl paytaxt Moskva və bir sıra regionlarda müxalifətin mitinqləri keçiriləcək. Moskvada dörd mitinq və bir yürüş planlaşdırılıb. Paytaxtda 20 dərəcə soyuğun olmasına baxmayaraq, etiraz aksiyasında 100 min insanın iştirak edəcəyi gözlənilir. Müxalifətin ən böyük mitinqi Bolotnaya meydanında olacaq. Müxalifətin mitinqləri ilə yanaşı, hakim "Vahid Rusiya" partiyasından prezidentliyə namizəd Vladimir Putinə dəstək aksiyasının da keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, Moskvada bu gün ictimai asayişin mühafizəsinə 9 minədək polis əməkdaşı cəlb olunub. Mitinqlərlə əlaqədar bir sıra küçələrin bağlandığı, bir neçə metro stansiyasına girişin isə məhdudlaşdırıldığı bildirilir.
islamazeri.az