Rusiyanın bir sıra şəhərlərində baş nazir Vladimir Putinə dəstək aksiyaları keçirilib. Nümayişlər əsasən Uzaq Şərq regionunun şəhərlərində təşkil edilib. Vladivostok şəhərində 2000-dən çox Putin tərəfdarı dəstək aksiyasına qatılıb.Xabarovsk şəhərində prezidentliyə namizəd Vladimir Putinə dəstək aksiyasında 12 mindən çox adam iştirak edib.Ulan-Ude şəhərində isə 3000-dən çox adam martın 4-də keçiriləcək prezident seçkisində hazırkı baş nazir Vladimir Putini dəstəklədiklərini bəyan ediblər.