Yaralılardan 3-nün vəziyyəti xüsusilə ağırdır
Rusiyanın Volqoqrad şəhərinin mərkəzində yerləşən kafedə yanğın baş verib.
Yanğın nəticəsində 20 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti ağırdır. Bunu Rusiya İsintaq Komitəsinin Volqoqrad vilayəti üzrə idarəsinin nümayəndəsi Nataliya Kunitskaya bildirib. Onun sözlərinə görə, xəstəxanalara 17 nəfər yerləşib. Onlarda 10-40 faiz yanıq xəsarətləri var.
Xəsarət alanların hamısı yanan “Beladjo” kafesinin müştəriləri və işçiləridir.
İlkin məlumatlara görə, yanğın saat 21.57-də başlayıb və 22.19-da məhdudlaşdırılıb.
Yanğının söndürülüb-söndürülmədiyi barədə rəsmi məlumat yoxdur.
islamazeri.az