Rusiyanın zərbə endirməyə qadir ilk pilotsuz təyyarəsi 2012-ci ilin sonlarında sınaqdan keçiriləcək
RİA ''Novosti''nin verdiyi xəbərə görə, bu barədə jurnalistlərə RF Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Nikolay Makarov bildirib.
"Bu ilin sonunda orta səviyyəli pilotsuz uçan cihazın zərbə endirmək qabiliyyətini sınaqdan keçirəcəyik", - Nikolay Makarov deyib.
Bildirək ki, hazırda Rusiya Silahlı Qüvvələrində istifadə edilən pilotsuz təyyarələr kəşfiyyat aparmaq üçün nəzərdə tutulub.
islamazeri.az